DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


28.07.2017  17:43 

Vaqif Əsədov jurnalistləri qınadı: “... yenə sensasiya yaratmaq istəyirlər”





A+  A-

Bir neçə gün bundan əvvəl mətbuatda Dövlət Yol Polisi avtomobillərinə xüsusi cihaz quraşdırıldığı barədə məlumat verilib. Qeyd edilib ki, həmin cihazlarla cəriməsi olan maşınlar bir andaca müyyənləşdirilir, həmin nəqliyyat vasitələrinin sürücüləri cərimələnir.
XəzərNews.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Modern.az-a açıqlamasında jurnalistləri qınayıb. O bildirib ki, həmin cihazlar hələ 2014-cü ildən quraşdırılıb:

“Jurnalist dostlarımızın hər zamanki kimi sensasiya yaratmaq və sanki yeni bir informasiya vermək xətrinə soruşmadan, araşdırmadan yazdığı informasiyadır. Bu sistem 2014-cü ildən tətbiq edilib. Deyilən bu cihaz “İ patrul” sistemidir. Dünyanın qabaqcıl ölkələrindəki kimi, ölkəmizdə də tətbiq edilib. Bu sistemin özəllikləri çoxdur, işin səmərəli təşkilində sistemin müstəsna xidmətləri var. Sistem sürücü-polis münasibətlərində gərginliyi aradan qaldırır, törədilən xətaları avtomatik qeydə alır, mərkəzi məlumat xidməti bazasında olan məlumatları özündə cəmləşdirir. Bütövlükdə bu sistem inspektorların da işini yüngülləşdirir.
Sistem 500 metr radiusda avtomobillərin dövlət nömrə nişanını görür, oxuyur, dərhal yaddaşda saxlayır və iformasiyanı bort kompüterə ötürür. “İ patrul” 6 kameradan ibarətdir: sağ, sol, arxa, qabaq və çarpaz. Bu sistemə yeni əlavələr olunub, artıq icbari sığortası olmayan, texniki baxışdan keçməyən, təhlükəsiz kəməri taxmayan, əks istiqamətli yola çıxan və digər qaydaları pozanları aşkarlayır. Bakı şəhərindəki bütün yol patrul avtomobillərində “İ patrul” quraşdırılıb".

Xəbər 3699 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +