Səhiyyə Nazirliyinin AEM əməkdaşları elmi dərəcə ilə təltif olundu
İqtisadçıdan sərt etiraz
Qurbanov bənzərsiz bir fenomendir
Sabah bu ərazidə qaz olmayacaq
Əfqanıstana zərbələr endirildi: Ölənlər var
“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi


23.11.2025  15:16 

Keçmiş nazir Kiprdə hücuma məruz qalıb





A+  A-

Ukraynanın keçmiş energetika və kömür sənayesi naziri Vladimir Demçişin Kiprin Larnaka şəhərində naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə “Cyprus Times” yerli polisə istinadən məlumat yayıb.

51 yaşlı keçmiş məmur hüquq-mühafizə orqanlarına bildirib ki, həmin axşam evdə 36 yaşlı qadın və 72 yaşlı kişi ilə bərabər olub. Onlar evin yaxınlığında şübhəli ticarət maşınının dayandığını görüblər. Avtomobilə yaxınlaşarkən, üzləri cərrahi maska ​​ilə örtülmüş üç naməlum şəxs onlara hücum edib. Potensial qurbanlarının müqaviməti ilə qarşılaşan hücumçular avtomobili hadisə yerində qoyub qaçıblar. Keçmiş nazir və onunla birlikdə olan şəxs yüngül xəsarətlər alıblar.

Nəqliyyat vasitəsi yoxlanıldıqdan sonra furqonun dövlət nömrə nişanlarının başqa avtomobilə məxsus olduğu müəyyən edilib. İçərisində “boş maqazin olan tapança və digər sübutlar” aşkar edilərək götürülüb.

Hücum edənlərin axtarışı davam edir və hadisənin motivi müəyyən edilir.

Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərindən kömür almaqda şübhəli bilindiyi üçün Demçişin 2022-ci ilin yanvarında beynəlxalq axtarışa verilib.


Xəbər 705 dəfə oxunub.



25.11.2025  13:29 

İqtisadçıdan sərt etiraz

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +