Sahibkar parklanma yerini qanunsuz zəbt etdi
DTX-nin saxladığı icra başçısı kimdir? - 14 ildir...
Qurban Qurbanov futbolçularını cərimələyib? – Rəsmi
Üçüdə prokurorluqda dindirildi
DTX əməliyyat keçirdi: İcra başçısı saxlanıldı - FOTO
Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası


28.10.2025  17:24 

Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı





A+  A-

İş adamı Adnan Əhmədzadənin həbsi İspaniyanın “Marset” Futbol Akademiyasında təhsil alan azərbaycanlı uşaqların gələcəyini qeyri-müəyyən vəziyyətdə qoyub. Layihə rəsmi olaraq ASTA şirkəti tərəfindən həyata keçirilsə də, maliyyələşmə məhz Əhmədzadə tərəfindən təmin olunurmuş.

XəzərNews.az xəbər verir ki, idman jurnalisti Mərdan Həsənovun oğlu Kamil Həsənov da bir ildən artıq idi ki, “Marset”in tərkibində futbol və təhsil proqramında iştirak edirdi, artıq oğlu Bakıya qayıdıb:

“Mənim oğlum və onun bir qrup həmyaşıdları 2024-cü ilin sentyabrında həm futbol oynamaq, həm də təhsil almaq üçün Barselonada yerləşən “Marset” akademiyasına göndərilmişdi. Hər şey yaxşı gedirdi, ta ki, məlum hadisəyə qədər. Bizə dedilər ki, ödənişlər dayandığı üçün uşaqları İspaniyada saxlamaq mümkün olmayacaq. ASTA rəhbərliyi də hesabların dondurulduğunu, buna görə ödəniş edə bilmədiklərini bildirdi”.

Jurnalistin sözlərinə görə, ümumilikdə 32 azərbaycanlı uşaqdan cəmi 5-6 nəfəri akademiyada saxlanılıb:

“Həmin uşaqlar 2023-cü ildən “Marset”də təhsil alanlardır. Ancaq onları da, görünür, yanvar ayına qədər saxlaya biləcəklər. Kamil və bir neçə komanda yoldaşı, 2009-cu il təvəllüdlü futbolçular hadisə baş verən vaxt millinin heyətində idilər. Onlar Fransa səfərindən sonra ölkəyə qayıdıblar və artıq İspaniyaya dönməyiblər”.

Mərdan Həsənov sonda ASTA rəhbərliyinə təşəkkür edib və AFFA ilə Gənclər və İdman Nazirliyini məsələyə diqqət göstərməyə çağırıb:

“Uşaqlarımız üçün belə fürsət yaratdıqları üçün ASTA rəhbərliyinə minnətdaram. Amma indi AFFA və Nazirlikdən dəstək gözləyirik ki, uşaqlarımız yenidən “Marset”ə qayıdıb futbolla məşğul ola bilsinlər”.

Xəbər 418 dəfə oxunub.



30.10.2025  11:47 

Üçüdə prokurorluqda dindirildi

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +