Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


18.06.2020  14:56 

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Klüge jurnalistlər üçün geniş brifinq keçirib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST rəsmisi karantin rejimi zəiflədikcə, yoluxma hallarının azaldığı Avropada yenidən pandemiyanın yayılma sürətinin artmasından gileylənib.

“Virus dünyada yarım milyona yaxın insanın həyatına son qoyub. 8 milyondan çox yoluxma halının 31%-i, ölüm hallarının isə 43%-i Avropa qitəsinin payına düşür. Ardıcıl azalmadan sonra Avropada gündəlik yoluxma halları 17-20 min arasında stabilləşib. Bəzi ölkələrdə: Şimali Makedoniya, Ermənistan, Azərbaycan, Özbəkistan və İsraildə yoluxma halları artıb. Ümumilikdə, koronavirusa yoluxanların sayında artım göstərən ölkələrin sayı son 1 ayda 6-dan 21-ə qədər çoxalıb”.

Hans Klüge pandemiyaya görə, digər xəstəliklərdən əziyyət çəkənlərin durumunun da ağır olduğuun deyib. Onun fikrincə, koronavirus 2030-cu ilə qədər planlaşdırılan inkişaf planlarının üstündən xətt çəkə bilər.

“Avropa ölkələrinin üçdə ikisi koronavirusla bağlı olmayan xəstəliklər üçün adi tibbi xidmətləri ləğv etdiyini açıqlayıb. Diabet, hipertenziyadan əziyyət çəkən pasinetlərin vəziyyəti ağırdır. Hollandiyada xərçəng diaqnostikası ilə bağlı göstəricilər 25% azalıb. İspaniyada miokard infraktı keçirənlərin müalicəsi 40% azalıb. Digər tərəfdən, vərəm xəstəliyinin diaqnostikasının 60% azalmasından narahatıq. Hər gün xəsətlik barədə yeni bilgilər əldə edirik. Məsələn, yaxınlarda deksametazonun cüzi miqdarda verilməsi hesabına ağır vəziyyətdə olan pasinetlərin ölüm hallarının qarşısını 30% almağın mümkünlüyünü öyrəndik. Bu böyük irəliləyişdir”.

ÜST nümayəndəsi indiki mərhələdə əsas məqsədin payızda virusun ikinci dalğasına hazırlıq olduğunu söyləyib.

Xəbər 3277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +