“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı


04.01.2018  11:37 

Türkiyə hökumətində böyük dəyişiklik GÖZLƏNİLİR





A+  A-

Türkiyə siyasI dairələrində diqqət mərkəzində olan iki məsələdən biri növbədənkənar seçki, digəri isə Nazirlər Kabinetinin dəyişilməsidir.
Erkən seçkilərin keçirilməsi bir müddətdən sonra gündəmdən düşsə də, Ankara dairələrində bu ay ərzində sürpriz kabinet dəyişikliyi müzakirə obyektinə çevrilib.

XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əldə edilən məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) mart ayının sonuna qədər bitirilməsi planlanlaşdırılan rayon qurultaylarından sonra böyük qurultay qərarı alacaq. Böyük qurultayın keçirilmə vaxtı ilin sonuna qədər olsa da, partiya seçkilərdən öncə yenidənqurma üçün məclisi ən gec apreldə təşkil edəcək. Yeni təşkilatlanmadan dərhal sonra seçki kabinetinin təyin ediləcəyi bildirilib.

Son bir ayda AKP dairələrində “yanvar süprizi” haqqında fikirlər səsləndirilir. İddia edilir ki, prezident Rəcəp Tayyib Ərdoğan kabinet dəyişikliyi üçün böyük qurultayın qərarlarını gözləməyəcək və bu dəyişikliyi yanvarda sürpriz bir şəkildə edəcək.

Dəyişikliyin əsas səbəbi kimi Nazirlər Kabinetində uyğunluq problemi, layihə hazırlamaq və güclü istək çatışmazlığı olduğu bildirilir.

Bir müddətdir bəzi nazirlər arasında mübahisələrin olduğu, prezidentin əhəmiyyət verdiyi layihələrin təxirə salındığı, baş nazir Binəli Yıldırımın gündəlik münasibətlərdə problemi olan nazirlərin olduğu iddiaları ən çox müzakirə edilənlər arasındadır.

Nazirlər Kabinetində 18 nazirin dəyişəcəyini iddia edənlər də var. Bu fikirlər yalnız siyasi dairələr arasında deyil, eyni zamanda yuxarı instansiyalarda da səsləndirilməyə başlanıb. AKP erkən kabinet dəyişikliyinin faydası olmayacağını, böyük qurultaydan sonra dəyişikliklərin edilməli olduğunu deyənlər var.

AKP dairələrində İstanbul, Ankara, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərdə xidmət edən nazirlərin istefaya göndəriləcəyi irəli sürülür.

Qeyd edək ki, daha öncə 2017-ci il iyulun 19-da yeni Nazirlər Kabineti formalaşdırılmışdı. Müdafiə naziri Fikri İşıq baş nazirin müavini təyin edilmişdi. Baş nazirin müavini Nurətdin Canikli isə müdafiə naziri olmuşdu.

Xəbər 2829 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +