Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


21.11.2025  17:42 

9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu





A+  A-

9 yaşlı Sumqayıt sakini Nurayın futbol sevgisi sosial şəbəkələrdə geniş müzakirə olunur. Məlumata görə, ölkədə qızlar üçün liqalar yalnız 12 yaşdan etibarən fəaliyyət göstərdiyindən, Nurayın oynaya biləcəyi heç bir komandaya qoşulmaq imkanı yoxdur. Sumqayıtda bu yaş qrupunda qız komandası mövcud deyil, Bakıya gündəlik gediş-gəliş isə mümkün olmadığından çıxılmaz vəziyyət yaranıb.

Məşqçilər AFFA-ya müraciət edərək, istisna hal kimi Nuraya yaşıdı olan oğlanlarla bir komandada oynamağa icazə verilməsini xahiş ediblər. Qurum isə mövcud qaydaları əsas gətirərək müraciətə müsbət cavab verməyib.

İdman ictimaiyyətində narahatlıq doğuran məqamlardan biri də Nuraya artıq İsveçdən real təklifin olmasıdır. Bildirilir ki, skandinaviya klubu gənc istedadla maraqlanır və israr edir. Sosial mediada səsləndirilən fikirlərə görə, bu gün imkan yaradılmasa, bir neçə ildən sonra Azərbaycan yığmasının qapısını döyüb “geri qayıtsın” deyə xahiş etmək məcburiyyətində qala bilərik.

Mütəxəssislər xatırladır ki, əvvəlki illərdə bəzi istedadlı qız futbolçular üçün belə istisnalar edilib. Aşağı yaş qruplarındakı yarışlarda nəticələrin qeydə alınmaması və rəqabətin daha çox həvəskar səviyyədə olması bu addımı mümkünsüz etmir.

AFFA-ya edilən çağırış gənc futbolçuya şans verilməsi, onun inkişaf yolunun dəstəklənməsi və istedadın itirilməməsi ilə bağlıdır. İctimaiyyət qurumdan məsələyə yenidən baxılmasını gözləyir.

XəzərNews.az xəbər verir ki, məlumatı idman jurnalisti Kənan Məstəliyev paylaşıb.


Xəbər 684 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +