MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


30.11.2018  14:01 

“Deyəsən, dərmanın dozası çox yuxarı oldu” - Oqtay Əsədov





A+  A-

Deputat Tahir Kərimli “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində sözügedən layihənin müvafiq maddəsində işlədilən “effektiv” sözünün işlədilməsinə etiraz edib.
XəzərNews.az xəbər verir ki, deputat dilimizin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb ki, həmin sözü “səmərəli” sözü ilə əvəz etmək lazımdır: “Biz qanunlarımızın dili məsələsinə diqqət etməliyik. Parlament süzgəcdir. Dil babalarımızın əmanətidir. Onu gələcək nəsillərə ötürmək istəyirik. Biz dilimizi hansı günə qoymaq istəyirik? Dilimizi sevsək başqa millətlər də bizi sevəcək. Biz burada qanun qəbul edirik və hamıya nümunə göstəririk. Dilimiz pozula-pozula gedir”.

Deputat Musa Quliyev isə T. Kərimliyə cavab olaraq ki, sözügedən qanunda işlədilən “effektiv” sözünün tibbi termin olduğunu vurğulayıb: ““Effektiv” sözü dərmanın dozasını müəyyən edir. Ona görə də “səmərəli” sözü ilə eyni mahiyyəti daşımır. Səmərəli dərman o deməkdir ki, o dərmanın insana xeyri var. Bu dünyada qəbul edilmiş farmokoloji termindir”.

Spiker Oqtay Əsədov sözügedən reaksiyalara bu cür reaksiya verib: “Deyəsən, dərmanın dozası çox yuxarı oldu. Dərman qalıb, keçmişik başqa mövzulara. Mən də dilimizin qorunmasının tərəfdarıyam. Bu məsələlərlə gələcəkdə də məşğul olmaq lazımdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: “Ona görə də bizi başa düşmək lazımdır. “Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

Sonda çıxış edən birinci vitse-spiker Z.Əsgərov isə “effektiv” sözünün dilimizə təhlükə olmadığını vurğulayıb.

Xəbər 3465 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +