Vəkil Bəhruz Bayramovun mənzili qarət olunub - Foto
İlham Əliyevin bu addımını alqışlayıram – Paşinyan
Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib
Azərbaycandan gələn təyyarə İrəvana eniş edib -FOTO
Dağıstana PUA hücumu
Baş nazir qərar imzaladı
Metroda problem yaranıb
Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib


09.10.2025  11:26 

Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?





A+  A-

“Rusiyanın aparıcı mediasında Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti barədə yayımladıqları məqalələrin eyni mərkəzdə hazırlandığı qənaətinə gəlmək olar. Məqalələrdəki cümlələr də bir-birinə oxşayır”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya mediası yayımladığı məqalələrdə oxucularda sammitin nəticələri barədə mənfi təəssürat yaratmağa çalışıb:

“Kremlin nəzarətindəki media əsas 3 məqamı önə çəkib. Birincisi, yazıblar ki, Prezident İlham Əliyevin sammitdəki çıxışında gələn il Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifi guya digər üzvlər tərəfindən dəstəklənməyib. İkincisi, Mərkəzi Asiyanın türk dövlətləri Türkiyənin istəyi ilə Şimali Kipr Respbulikasını rəsmən tanımaq istəmirlər. Üçüncüsü, Türkmənistan təşkilata əvvəlkitək üzv olmaq istəmir.

Sammitdə çıxış edən liderlər müxtəlif təkliflər veriblər və bu təkliflərin hamısı araşdırılacaq. Bu baxımdan İlham Əliyevin birgə hərbi təlimlər barədə təklifinin reallaşması ehtimalı yüksəkdir. Rusiya mediası diqqəti ona çəkir ki, İlham Əliyev birgə hərbi təlimləri təklif etdikdən sonra digər üzv dövlətlərin liderləri bu təklifə münasibət bildirməyiblər. Kremlin nəzarətindəki media buradan yanlış olaraq belə nəticə çıxarıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri birgə hərbi təlimlərdə maraqlı deyillər. Ona qalsa, İlham Əliyev də digər liderlərin təkliflərinə münasibət bildirməyib. Ancaq bu o demək deyil ki, İlham Əliyev Qazaxıstan və Özbəkistan prezidentlərinin müxtəlif mövzulardakı təkliflərini reallaşmasında maraqlı olmayacaq. Kreml mediası onu da yazıb ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Türk Dövlətləri Təşkilatı çərçivəsindəki hərbi təlimlərdə iştirak etməyəcək. Halbuki, Türkiyə və Azərbaycan Qazaxıstanla hərbi əməkdaşlığı genişləndiriblər və son illərdə 3 dövlət arasında müxtəlif səviyyələrdə hərbi təlimlər keçirilib. Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyünə gəldikdə, Türkiyə və Azərbaycan bu dövlətin üzvlüyünü dəstəkləyir, Mərkəzi Asiya ölkələri bu məsələyə ehtiyatla yanaşırlar”.

E.Şahinoğlu bildirib ki, Rusiya mediası Mərkəzi Asiya ölkələrinin Qəbələdə Şimali Kipr Respublikasını tanımadıqları iddiasını irəli sürüb:

“Halbuki, Qəbələdə bu məsələ gündəlikdə deyildi. Əsas məsələ Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan üzvlük statusuna keçidinin təmin olunmasıdır. Bu gələcəyin işidir, ancaq Şimali Kipr Respublikasının Cumhurbaşqanının ümumi masa arxasında türk dövlətləri liderləri ilə oturmasının özü irəliyə doğru addımdır. Türkmənistanın da təşkilata marağı artıb. Rusiya mediası Qəbələ sammitindən bir neçə gün əvvəl Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun toplantıda iştirak etməyəcəyini yazırdı. Rusiya mediasının yazdıqlarının əksəriyyəti yalan olduğu kimi, bu “proqnozları” da doğru çıxmadı. Əslində Rusiya mediasının yazdıqları onu göstərib ki, Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır”.


Xəbər 3642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +