Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


19.09.2019  13:43 

“Quska”ya cəza istənildi, təcili yardım çağırıldı





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokurorun çıxışı zamanı “Quska” yerindən replika ataraq etirazını bildirib. İttihamçı çıxışında dələduzluq ittihamı üzrə dəyən ziyanın ödənildiyini, Hüseyn Abdullayevin ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin mümkün olduğunu qeyd edib.

Yekun olaraq, Hüseyn Abdullayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman H.Abdullayev “yalandır, böhtandır, absurddur, bir sübut dəlil yoxdur” deyərək yüksək səslə prokurora etiraz edib. Onun sakitləşməməsi məhkəmə prosesini pozub, buna görə hakimin göstərişi ilə H. Abdullayev zaldan çıxarılıb. Prosesin davamı “Quska” olmadan keçirilib.

Bunun ardınca isə anası Zeynəb Abdullayevanın da halı pisləşib. Qohumlarının köməkliyi ilə Z.Abdullayeva da məhkəmə zalından çıxarılıb. Bu zaman məhkəməyə təcili tibbi yardım çağırılıb, həkimlərin müdaxiləsindən sonra Z. Abdullayeva zala qaytarılıb. Təxminən 15 dəqiqəlik fasilədən sonra hərbi prokuror çıxışına davam edib.

Prokuror Zeynəb Abdullayevaya ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin məqsədəmüvafiq olduğunu bildirib. Bu əsasla Z.Abdullayevanın sadəcə 5 min manat cərimə olunmasını istəyib. Digər təqsirləndirilənlər - Namiq Babayevin 8 il, İntiqam Süleymanov və Nazim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları olan Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə isə şərti cəza verilməsi istəyib. Mülki iddiaların təmin olunmasını, dəyən zərərin ödənilməsi üçün H. Abdullayevin əmlaklarının müsadirə olunmasını təklif edib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, proses sentyabr 24-də davam etdiriləcək.

Xəbər 2945 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +