Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


21.11.2018  17:04 

Nardaranlılar məhkəmədən narazıdır - Prezidentə müraciət





A+  A-

Bir qrup Nardaran sakini ilə “Azərbaycan” nəşriyyatı arasında məhkəmə çəkişməsi davam edir.
Xatırladaq ki, nəşriyyat rəhbərliyi tərəfindən Nardaran sakinlərinin torpaqlarının əllərindən alınması ilə bağlı məsələ haqda AFN-də və digər çoxsaylı media orqanlarında dəfələrlə yazılıb. (https://afn.az/bildiris/74564-nardaran-sakinlerinin-qanuni-mulklerine-kim-goz-dikib-.html)

Haqlarının pozulduğunu deyən Nardaran sakinləri növbəti dəfə mediaya üz tutaraq prezident İlham Əliyevə videomüraciət ediblər. Şikayətçilər bir daha xatırladırlar ki, bu mübahisənin yaranmasına səbəb keçmiş “Kommunist” nəşriyyatının balansında olan, sonra Jurnalistlər İttifaqının balansına keçirilən ərazidə yaradıcılıq binasının inşasıdır: “Yarımçıq qalmış həmin binanın 1999-cu ildə hazırkı prezident İlham Əliyev cənabları tərəfindən Nardaran pirinə hədiyyə edilməsi faktdır. Hazırda həmin əraziyə iddia qaldıra bilmədikləri üçün sakinlərin mülkiyyətinə göz dikən “Azərnəşriyyat” uydurma iddia tələbi ilə məhkəməyə müraciət edib. Bu tələbin araşdırılması ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baş verən ədalət böhranı Bakı Apellyasiya Məhkəməsinə qədər gedib çıxıb. Belə ki, tələb inzibati məhkəməyə aid olmadığı halda məhkəmə icraata qəbul etməklə aidiyyət prinsipini pozduğuna görə verdiyimiz şikayətə apellyasiya instansiyası tərəfindən verilən cavab da absurddur. Həmin instansiyadan bildirilib ki, belə qərarlardan şikayət vermək olmaz, baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu bu məsələ ilə bağlı öz mövqeyini bildirərək vətəndaşların belə qərarlardan şikayət vermək hüququ olduğuna dair qərar qəbul etmişdir. Yaranmış bu ədalət böhranı bir daha sübut edir ki, iddia tələbi əvvəlcədən sifarişli olduğu üçün və bu uydurma iddia tələbilə bağlı sifarişi qəbul edən 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi nəyin bahasına olursa-olsun iddianı təmin edəcəyinə dair təminat verdiyi üçün hətta aydiyyət prinsipinə də qarşı çıxmışdır”.

Sakinlərin proseslə bağlı ölkə prezidenti İlham Əliyevə ünvanladığı videomüraciətdə problem ətraflı əksini tapıb.

Həmin videomüraciəti təqdim edirik:


Xəbər 3129 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +