Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


28.11.2017  12:27 

Bəzi mallar idxal gömrük rüsumundan azad edildi





A+  A-

Xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlərə tətbiq edilən 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.
Gələn il yanvarın 1-dən xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları istisna olmaqla, Azərbaycana idxal edilən plastmas xammalları idxal gömrük rüsumundan azad edilib.

XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir. Yeni qərara əsasən, bu mallar üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.

Xüsusi çəkisi 0,94-dən az olan polietilen, xüsusi çəkisi 0,94 və ya daha çox olan polietilen, ilkin formalarda propilenin və ya digər olefinlərin polimerləri, stirol polimerləri, vinilxloridin və ya digər hallogenləşdirilmiş olefinlərin polimerləri, vinilasetatın və ya digər mürəkkəb vinil efirlərinin polimerləri, vinilin digər polimerləri, akril polimerləri, poliasetallar, digər sadə poliefirlər və epoksid qatranlar, polikarbonatlar, alkid qatranları, mürəkkəb poliallil efirləri və digər mürəkkəb poliefirlər, poliamidlər, amino-aldehid qatranları, fenolaldehid qatranları və poliuretanlar, və silikonlara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilib. Gələn il yanvarın 1-dən başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, ilkin formalarda neft qatranları, kumaron-inden qatranları, politerpenlər, polisulfidlər, polisulfonlar, sellüloz və onun kimyəvi törəmələri təbii polimerlər (məsələn, alqin turşusu) və modifikasiya olunmuş təbii polimerlər (məsələn, bərkidilmiş proteinlər, təbii kauçukun kimyəvi törəmələri), o cümlədən plastmas tullantıları, qırıntılarına da 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilməyəcək.

Xəbər 3486 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +