Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


28.11.2017  09:07 

Ələtdə tikilən beynəlxalq limanla bağlı detallar AÇIQLANDI





A+  A-

Azərbaycan Respublikası Prezidentinin "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında" 2007-ci il 18 oktyabr tarixli sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam edir.
Bu barədə XəzərNews.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rəsmi məlumatda bildirilib ki, hazırda limanın tikintisinə 1200-dən çox işçi qüvvəsi, 300-ə yaxın texnika cəlb olunub.
Ələt qəsəbəsi ölkə ərazisindən keçən mühüm beynəlxalq nəqliyyat dəhlizləri: Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və mahiyyət etibarilə bu ərazinin mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək.

Yeni limanın inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 3 noyabr tarixində yeni liman kompleksinin təməli qoyulub.
Dövlət başçının "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə" 2017-ci il 13 aprel tarixli sərəncamına əsasən? Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və başa çatdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə tədbirlər planı işlənib hazırlanıb və artıq onun yerinə yetirilməsinə başlanılıb.

Həmçinin bildirilib ki, yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb. İnşaat işləri liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılır. Hollandiyanın "Van Oord Dredging and Marine Contractors" B.V. şirkəti tərəfindən liman akvatoriyasında aparılmış dibdərinləşdirmə işləri nəticəsində uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa edilib. Bu, Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Kanalın eninin 160 metr olması gəmilərin yüksək məhsuldarlığını və iki gəminin eyni zamanda hərəkətini təmin edir.
Hollandiyanın "Royal Haskoning" şirkətinin Baş Planına əsasən limanın 3 fazalı inkişafı nəzərdə tutulur. Hazırda birinci fazada dinamik şəkildə işlər görülür. Bu faza üzrə Ro-Ro tipli gəmilər üçün 2 körpü və 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı inşa olunacaq. Həmçinin xidməti donanma gəmiləri üçün körpünün və təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, bütövlükdə təxminən 34 ədəd müxtəlif təyinatlı binaların tikintisinin həyata keçirilməsi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması nəzərdə tutulub.

Baş Plana əsasən, 1 ədəd Ro-Ro və 3 ədəd ümumi yük körpüsü əlavə olunmaqla, ümumi körpülərin sayı 8-dən 12 ədədə çatdırılıb, bunun nəticəsində layihənin birinci fazasının yükaşırma imkanı illik 10 milyon ton yükdən 15 milyon ton yükə və 50 000 TEU-dan 100 000 TEU konteynerə qədər artırılması təmin edilib.
Liman ərazisində quru infrastrukturu obyektlərinin tikintisinin və mülki inşaat işləri də həyata keçirilir. Yüklərin saxlanılması üçün burada açıq yük sahələri və 2 növ örtülü anbar tikilir. Örtülü anbarlar metal konstruksiyalı binalar olacaq. Tikilən anbarların hər birinin ərazisi təxminən 1200 kvadratmetrdir.

Rəsmi məlumata görə, yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bura 7 ümumi yük körpüsü, 2 Ro-Ro körpüsü, xidməti donanma gəmiləri üçün körpünün inşası daxildir. Layihəyə əsasən, 2018-ci ilin birinci rübünün sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq, onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və sair daxil olmaqla) çəkiləcək. Bu dövrdə, həmçinin yardımçı sistemlərin (drenaj, siqnalizasiya, yanğınsöndürmə və yanğın xəbərdarlığı, İT, videomüşahidə, İSPS tələblərinə uyğun olaraq mühafizə sistemi və sair daxil olmaqla) quraşdırılmasının başa çatdırılması nəzərdə tutulub.

Xəbər 4385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +