Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib
YUNESKO yeni rəhbər seçdi
Futbolda mərc əməliyyatı: saxlanılanlar var
Xanımı Vahid Əliyevin vəfat səbəbini açıqladı: “Sözə baxmadı“
Rusiya ordusuna qoşulan lənkəranlı - Ukraynaya əsir düşdü
İranda güclü zəlzələ baş verib


17.10.2021  12:17 

Ukrayna Ali Radasının nümayəndələri Gəncədə - FOTOlar





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri Gəncə şəhərinə səfər ediblər.

XezerNews xəbər verir ki, nümayəndə heyətin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulmasın birinci ildönümü ilə bağlı həmin hadisə nəticəsində dağılan ərazilərə baş çəkib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həmçinin 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.





Xəbər 2960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +