Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


11.07.2022  23:14 

“Çalışacağıq ki, azarkeşlərimizi sevindirək“





A+  A-

"Qarabağ"ın Baş məşqçisi Qurban Qurbanov "Lex" ilə sabah baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında öz fikirlərini bölüşüb.

XəzərNews.az xəbər verir ki, baş məşqçi sabah çox vacib oyuna çıxacaqlarını bildirib:

"Bəlkə əvvəllər 3-cü turda bu cür rəqiblərlə qarşılaşırdıqsa, indi ilk oyundaca çox layiqli komanda düşdü. İlk oyunda rəqibin gücünü hiss etdik. Əvvəlki oyundan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Bu gün eyni sözləri deyirəm. Səfərdə uduzsaq da, inamımız çoxdur. İlk oyuna baxırıq, rəqibi daha yaxından tanımağa çalışırıq. Sabah meydanda düşüncəli komanda olmalıyıq. “Lex” istənilən dəqiqələrdə qol vura bilən komandadır. Çox yaxşı müdafiə olunurlar, topla yaxşı davranan futbolçuları var. Hər bir halda futbolçularıma inanıram, güvənirəm. Sabah meydanda çox düşüncəli komanda olmalıyıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".


Xəbər 3495 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +