Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq


22.08.2023  17:45 

Olimpiya çempionu sevgilisinin ərini bıçaqlayıb





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Azərbaycanın tanınmış güləşçisi, olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş şəxsin 10 yaşlı oğlu ifadə verib. O bildirib ki, Elman Muxtarovun onun anası ilə münasibətləri olub: "Mən həyətdən gəlirdim . Bir nəfər kişi arxamca gəldi mənimlə evə girdi. Atam öz otağında idi, anam isə mətbəxdə. Həmin şəxs mətbəxə keçib qapını bağladı. Mən ağladım. Anam gəlib məni sakitləşdirdi, dedi ağlama, keç otağında otur, yenə qapını bağladılar. Bir müddətdən sonra atam gəldi, dava düşdü, atamı döydü".

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da qadının oğlunu yaşadığı binanın qarşısında izləyib. Uşaq evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman qadının əri də evdə olub.

Evə basqın edən idmançı qadının həyat yoldaşına yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub./News24.az

Xəbər 8995 dəfə oxunub.



31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +