Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


17.12.2023  02:48 

Paşinyanın yeni imici... - FOTO





A+  A-

Baş nazir Nikol Paşinyan və xanım Anna Akopyan Gümrüdə Sergey Merkurovun ev-muzeyində olub, burada rəssam Karen Ohanyanın "Kommunizmin ölümünün görüntüləri" adlı fərdi sərgisində nümayiş etdirilən nümunələrlə tanış olublar.

Xəzərnews.az xəbər verir ki, bu haqda "Armenpress" məlumat yayıb.

Rəssamın təşəbbüsü ilə oktyabrın 22-də açılan sərgi 2024-cü ilə qədər davam edəcək. Sərgidə İki janrın üstünlük təşkil etdiyi 12 əsər nümayiş etdirilir: mənzərə və natürmort.Karen Ohanyanın yeni silsilə əsərlərində bu iki ənənəvi janr gözlənilməz, yenilikçi və təsirli şərh alıb. O, əsərlərində kommunizmin ölümü və müharibələr haqda bəzən bilavasitə danışır, bəzən də təsirli təsviri simvollar, metaforalar yaradır.

P.S. Xəbərdə əsas diqqəti cəlb edən sərgidəki rəsmlər yox, Paşinyanın yeni, orijinal geyimdə görüntüləridir. Ermənistan baş naziri, demək olar ki, ilk dəfədir, belə stildə baş geyimində- "kepka"da görünür... "Kepka" qoymaq arxayınlıq, özünəgüvən əlamətidir. Sərginin adı da rəmzidir: "Kommunizmin ölümünün görüntüləri"... Görünür, Paşinyan artıq saxta kommunizmin demokratiyanın hücumları altında məhv olduğunu, özünün də "kommunizm" şinelindən çıxmış Putin qarşısında qalib olacağını nümayiş etdirməyə çalışır... /moderator.az



Xəbər 2775 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +