Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


27.11.2022  13:28 

9 rus hərbçisi Ukrayna əsirliyindən qayıdıb





A+  A-

Daha 9 rus hərbçisi Ukrayna əsirliyindən qayıdıb və hazırda həkim nəzarətindədirlər.

XəzərNews.az yerli mediaya istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən hərbçilərin qayıdışını əks etdirən video nümayiş etdirilib.

Əsirlikdən qayıdan əsgərləri müayinə edən tibb mütəxəssisinin sözlərinə görə, onların həyati funksiyaları pozulmayıb:

"Hər kəs sağdır və yaxşıdır, lakin əlavə müayinə və reabilitasiya tələb olunur".

Azadlığa çıxanlardan birinin dediyinə görə, Zaporojye həbsxanasında başlarına torba keçirib dəyişdirməyə aparıblar və Rusiyada yara və xəsarətlərə görə müalicə olunacaqlarını bildiriblər.

"Lvovda bizimlə kobud rəftar etdilər, başımızı aşağı salıb, əllərimiz arxada oturdular. İndi hər şey qaydasındadır, tezliklə ailəmi, uşaqlarımı görəcəyəm", - deyə əsirlikdən qayıdan əsgər bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna hərbi əsirlərinin mübadiləsi davam edir. Əvvəllər Müdafiə Nazirliyi 35, daha sonra isə daha 50 əsgərin vətənə qayıtdığını açıqlayıb.

Yusif Əlican
XəzərNews.az


Xəbər 2379 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +