Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


14.06.2021  09:43 

G7 sammiti başa çatdı





A+  A-

Böyük Britaniyada iyunun 11-dən 13-dək keçirilən G7 (“Böyük yeddilər”) sammiti sona çatıb.
XəzərNews.az xəbər verir ki, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı liderlərinin iştirak etdiyi G7 zirvə görüşünü Boris Conson bağlayıb. G7 zirvəsinin əsas gündəm maddələrindən biri iqlim dəyişikliyi olub.

Liderlər zirvədən sonra 25 səhifədən ibarət yekun bəyannamə qəbul edib. Bəyannamədə G7 ölkələri ehtiyac duyulan ölkələrə 1 milyard doza koronavirus peyvəndi bağışlayacaqlarını açıqlayıb. Həm də dünyada qlobal peyvənd istehsal gücünün artırılmasına, pandemiya üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və peyvəndin inkişaf müddətlərinin qısaldılması üçün elmə dəstək verməyə borclu olduqlarını bildiriblər.

G7 ölkələri kasıb ölkələrdə məşğulluğa və sərmayəyə kömək edəcəklərini açıqlayıblar. Liderlər qlobal istiliyin artımını 1,5° C-yə qədər məhdudlaşdıraraq yaşıl inqilab etməyi qərara alıblar. 2050-ci ilədək sıfır emissiya, 2030-cu ilədək tullantıları iki dəfə azaldacaq və bu tarixə qədər quru və dənizlərin ən az 30 faizini qoruyacaqlarına söz veriblər.

Qeyd edək ki, Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirdə qonaq ölkələr qismində iştirak ediblər.

Xəbər 3611 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +