Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


06.04.2021  17:43 

Dilqəmlə Şahbaz sosial vəziyyətlərindən narazıdır





A+  A-

Ötən ilin dekabrında erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra 6 il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.
XəzərNews.az xəbər verir ki, Modern.az onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.

Dilqəm Əsgərov vəziyyətinin yaxşı olmadığını bildirib: “Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdır, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var".

Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib: “Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər.

Sosial yardım iki dəfə gəlib, ziyarət edib. Bundan başqa heç bir dövlət qurumu tərəfindən yardım olunmayıb. Burdan bizə yardım etməsi üçün dövlətə müraciət edirəm”.

Xəbər 3711 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +