Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


02.03.2021  09:07 

Erməni hərbçiləri Paşinyanı əsassız ittihamlara son qoymağa çağırdı





A+  A-

Ermənistan Silahlı Qüvvələri Baş nazir Nikol Paşinyanı onların ünvanına əsassız ittihamların dayandırılmasına çağıran bəyanat yayıb.
Bu barədə XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Xalqımızın oğullarından ibarət Silahlı Qüvvələr milli təhlükəsizliyə təhdidləri əvvəlcədən görərək, Silahlı Qüvvələrin və ayrı-ayrı vəzifəli şəxslərin ünvanına əsassız ittihamları yolverilməz hesab edir və təkidlə dayandırmağa çağırırlar”, - bəyanatda deyilir. Onun mətnini Baş Qərargahın nümayəndəsi Samvel Asatryan feysbukda paylaşıb.

Bəyanatda Silahlı Qüvvələrin rəhbərliyi ölkədəki vəziyyətin əvvəlki qiymətləndirilməsini təsdiqləyib. Hərbçilər vurğulayıblar ki, “Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdlərinə baxmayaraq, onlar əyilməz, ağıllı və qətiyyətli olaraq qalırlar”.

“Yaranmış vəziyyət sübut edir ki, Silahlı Qüvvələr yalnız dövlət maraqlarını əsas tuturlar, Ermənistan Respublikası Konstitusiyasının normalarına əsaslanaraq, yalnız öz xalqına xidmət edirlər”, - bəyanatda qeyd olunur.

Qeyd edək ki, ötən cümə axşamı günü Silahlı Qüvvələr hökumətin və onun başçısının istefasını tələb etmişdi. Paşinyan bunu hərbi çevriliş cəhdi kimi qiymətləndirmişdi. Bazar ertəsi tərəfdarlarının mitinqində Baş nazir bildirmişdi ki, generaliteti əvvəlki hakimiyyətin nümayəndələri, xüsusən də Serj Sarqsyan qızışdırır.

Xəbər 4242 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +