Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


14.02.2021  16:54 

“Sərhədlərin bağlanması virusun qarşısını almır” - Avropa komissarı





A+  A-

“Koronavirusla mübarizədə sərhədlərin bağlanması peyvənd kimi təsirli deyil”.
XəzərNews.az xəbər verir ki, bu barədə səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides “Augsburger Allgemeine” qəzetində dərc olunmuş müsahibəsində bildirib.

“Koronavirus mutasiyalarından qorxu başa düşüləndir. Amma həqiqət ondadır ki, sərhədlər virusun qarşısını almır. Yalnız peyvənd və gigiyena qaydalarına riayət mutasiyalara qarşı kömək edə bilər. Hesab edirəm ki, 2020-ci ilin mart ayında Avropada sərhədlərin bağlandığı vəziyyətə qayıtmaq yanlışdır”, - o deyib.

Kiriakides, həmçinin bildirib ki, əgər artıq Aİ-də sertifikat almış peyvənd istehsalçısı yeni mutasiyalarla mübarizə aparmaq üçün öz məhsulunu təkmilləşdirmək istəsə, o, bütün sertifikatlaşdırma prosesini yenidən keçməməlidir. “Yəni uyğun vaksinləri daha tez əldə etmək və eyni zamanda təhlükəsizlik tələblərini azaltmamaq mümkün olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Almaniya bu həftə Çexiya və Avstriya sərhədində gücləndirilmiş nəzarət tətbiq edib. AFR hakimiyyəti koronavirus mutasiyalarının yayılmasından qorxur.



Xəbər 4087 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +