Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


08.02.2021  17:12 

Zelenskidən “Sputnik V” açıqlaması - “50 faiz vətəndaş inanmır”





A+  A-

Ukrayna Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndini tədarük etməyəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O, bu qərarı peyvəndin effektivliyinin təsdiqlənməməsi ilə əsaslandırıb.

“Rusiya istehsalı “Sputnik V” peyvəndinin effektivliyinə dair bir sübut yoxdur”, - deyə Zelenski qeyd edib.

Bununla yanaşı Zelenski Ukraynanın fevral ayında 1 milyona qədər, yayda isə 10 milyona qədər peyvənd tədarük edəcəyini bildirib. Onun sözlərinə görə, ölkəyə dörd şirkətdən koronavirus vaksinləri tədarük olunacaq.

““Pfizer”,“Sinovac”, “AstraZeneсa” və “Novavax” şirkətləri ilə Ukraynaya peyvənd tədarükü barədə razılığa gəlmişik. Vaksinasiyanın birinci mərhələsi bu ay başlayacaq. İlkin mərhələdə həkimlər, hərbçilər və milli qvardiya əməkdaşları peyvənd olunacaq”,- deyə Zelenski əlavə edib.

Eyni zamanda, Prezident ölkəyə peyvənd tədarükü məsələsini artıq həll edərək Ukraynanın yeni bir problemlə - peyvəndlərə inamsızlıqla üzləşdiyini qeyd edib.

“Bu, hamımızın həll etməli olduğumuz yeni, lakin çox ciddi bir məsələdir. Mən əksər dünya liderləri kimi şəxsən peyvəndlənmənin vacib, təhlükəsiz və lazımlı olduğunu göstərməyə hazıram. Hər kəsə peyvəndlənmək imkanı verməliyik, ancaq insanların 50 faizi peyvəndlərə inanmır”,- deyə Zelenski qeyd edib.

Xəbər 4311 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +