Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


25.11.2020  16:18 

Yeni Zelandiyada evləri isitmək üçün vulkandan istifadə edəcəklər





A+  A-

Yeni Zelandiyada elm adamları təxminən 11 milyon il əvvəl sönmüş Dunedin vulkanının daxili təbəqələrində qalan istilikdən evləri isitmək üçün istifadə etməyi planlaşdırırlar.
XəzərNews.az “New Zealand Herald” nəşrinə istinadən xəbər verir ki, Dunedin şəhərində yerləşən Otaqo Universitetinin geologiya mütəxəssisləri vulkanın içərisində mövcud istilikdən bir geotermal enerji mənbəyi əldə edilsə, karbon əsaslı yanacaq istehlakı və istixana qazı tullantılarının azaldıla biləcəyini bildiriblər.

Yeni Zelandiya Biznes, İnnovasiya və Məşğulluq Nazirliyinə təhvil veriləcək layihəyə görə, vulkanın iki fərqli bölgəsində 500 metr dərinliyində kəşfiyyat quyusu qazılacaq.

Sözügedən quyuların bərkimiş maqma qatının altındakı çöküntüyə nəzarət etmək və orada istiliyi analiz etmək üçün qazılacağı bildirilib.

Analizdən müsbət nəticə alınarsa, həmin əraziyə su vurulacaq və orada qızdırılan su evlərin istiləşməsində istfadə olunacaq.

Layihədə iştirak edən alimlərdən biri Mayk Palin nazirliyin qiymətləndirməsinin növbəti ilin mart ayına qədər tamamlanacağı və lazım gələrsə, araşdırmanın daha da inkişaf etdirilməsinin tələb olunacağını qeyd edib.

“Yanacaq xərclərindəki azalmalar birbaşa iqtisadi faydaya çevriləcək”,-deyə Palin qeyd edib.

Xəbər 3459 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +