Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


15.09.2020  15:08 

Ukrayna Belarusdakı prezident seçkilərini rəsmən qınadı





A+  A-

Ukrayna Ali Radası Belarusda keçirilən Prezident seçkilərinin azad və ədalətli şəkildə keçirilmədiyinə dair bəyanat yayıb.
XəzərNews.az xəbər verir ki, sözügedən sənəd bu gün Ukrayna parlamenti tərəfindən yayımlanıb.

“Ukrayna Ali Radası Belarusdakı prezident seçkilərinin nə azad, nə də ədalətli olduğuna inanır. Seçkilər namizədlər arasında ədalətli rəqabətin, azad medianın və ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların nüfuzlu müşahidəçilərinin iştirakının olmadığı bir şəraitdə keçirilib”,- deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə görə Belarusda kütləvi etirazlar davam edir. MSK-ya görə, altıncı müddətə namizəd olan Aleksandr Lukaşenko səslərin 80 faizini, ana müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faizini qazanıb. Etirazçılar Lukaşenkonun istefasını və ədalətli seçkilərin keçirilməsini tələb edirlər.

Xəbər 3626 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +