Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


14.09.2020  19:53 

Rusiya əcnəbi tələbələrlə bağlı qərar verdi





A+  A-

Rusiya ali təhsil müəssisələrində birinci kursa daxil olan əcnəbi tələbələr bu ay ölkə ərazisinə daxil ola bilərlər.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Təhsil və Elm naziri Valeri Falkov “Vahid Rusiya” fraksiyasının iclasında deyib. O bildirib ki, söhbət sərhədlərin açıldığı ölkələrin tələbələrindən gedir:

“Biz sentyabrda birinci kurslara qurulmuş alqoritmə uyğun olaraq Rusiyaya gəlmək imkanı yaradırıq. Yalnız sərhədlərin açıldığı dövlətlərdən gələn tələbələrə...”.

Falkovun sözlərinə görə, alqoritm üzrə ölkəyə 25 min birinci kurs tələbəsi gələcək. Bu həftə artıq bu sayın təsdiqlənməsi planlaşdırılır.

Yuxarı kurs tələbələrinin isə Rusiya ərazisinə daha sonra buraxılması planlaşdırılır. Lakin təhsilini başa vurmuş tələbələrin Rusiyadan çıxışına icazə yoxdur. Rusiya XİN rəhbəri Sergey Lavrovun daha əvvəlki açıqlamasına görə, təhsilini başa vurmuş əcnəbi tələbələrin Rusiyanı tərk etməsi məsələsi bir ay ərzində həll olunmalıdır.



Xəbər 3673 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +