Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


09.09.2020  09:16 

Bu peyvəndin sınaqları dayandırıldı





A+  A-

“AstraZeneca” şirkətinin koronavirus peyvəndinin klinik sınaqları Böyük Britaniyadan olan iştirakçılardan birində arzuolunmaz effektə görə dayandırılıb.
XəzərNews.az bildirir ki, bu barədə “Stat News” portalı kompaniyanın nümayəndəsinə istinadən xəbər verib.

Oksford mütəxəssisləri ilə hazırlanan “AstraZeneca” peyvəndi ABŞ-da avqustda sınaqların üçüncü mərhələsinə keçmişdi. Daha əvvəl “AstraZeneca”nın sınaqları Böyük Britaniya, Braziliya və CAR-da başlamışdı.

Şirkətin nümayəndəsi bildirib ki, “standart yoxlama prosesi” sınaqların dayandırılmasına gətirib çıxardı. O qeyd edib ki, “AstraZeneca” “sınaqların keçirilmə müddətinə mümkün təsiri minimuma endirmək üçün bu halı sürətlə təhlil etmək üzərində işləyir”. Nümayəndənin sözlərinə görə, sınaqların dayandırılması “gündəlik xarakter daşıyır” və belə hallarda zəruridir.

Portal qeyd edir ki, klinik sınaqların nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

ABŞ-da, həmçinin “Moderna” və “Pfizer” kompaniyalarının koronavirusa qarşı peyvəndlərinin klinik sınaqları keçirilir.

Xəbər 3257 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +