Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


20.08.2020  12:08 

Navalnıy komadadır





A+  A-

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnıy ikinci dərəcəli komadadır.
XəzərNews.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış açıqlama verib.

O bildirib ki, həkimlər müxalifətçinin natrium oksibutiratdan zəhərləndiyindən şübhələnirlər. Belə ki, güclü psixodisleptik rəngsiz və qoxusuzdur, buna görə çaya asanlıqla əlavə edilə bilər. Bununla belə preparatın duzlu dadının olduğu və Navalnıyın bunu hiss edə biləcəyi güman olunur.

Hazırda yekun analizlərin hazır olmadığı bildirilib. Tomsk vilayəti üzrə “Rospotrebnadzor” ​İdarəsi və Tomsk şəhərinin nəqliyyat polisi yoxlamalara başlayıb. Səhiyyə Nazirliyinin regional nümayəndələri Navalnıyın yerləşdirildiyi xəstəxanaya gəlib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun vəkilləri İstintaq Komitəsindən siyasətçinin zəhərlənməsi faktı ilə bağlı cinayət işinin başladılmasını tələb ediblər.

Xatırladaq ki, A.Navalnıy Tomskdan Moskvaya uçuş zamanı özünü pis hiss etməyə başlayıb. Sərnişinlərin verdiyi məlumata görə, siyasətçi sanitar qovşağa getdikdən bir neçə dəqiqə sonra kömək üçün qışqırdığı eşidilib. Onun mətbuat katibi Kira Yarmış güman edir ki, siyasətçi çaya qarışdırılmış maddədən zəhərlənib.

Xəbər 3476 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +