Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


30.08.2019  12:19 

Paşinyan Trampla görüşə bilmir - Səfirə qəzəbləndi





A+  A-

Avqustun 27-də Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirlərinin və konsulluq xidmətləri rəhbərlərinin illik toplantısı keçirilib. Görüşdə Baş Nazir Nikol Paşinyan da iştirak edib.
XəzərNews.az-ın “Qraparak” qəzetinə istinadən verdiyi xəbərə görə, hökumət rəhbəri çıxışı zamanı səfirlərin fəaliyyətini sərt şəkildə tənqid edərək diplomatları ölkə iqtisadiyyatı üçün heç bir iş görməməkdə ittiham edib. Belə ki, onun fikrincə səfirlər Ermənistana nə investisiya cəlb edə, nə də digər dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirə bilir. Bu yöndə onun əsas tənqid hədəfi isə Ermənistanın ABŞ-dakı səfiri Varujan Versisyan olub.

Tədbirdə iştirak edən mənbənin sözlərinə görə, Baş Nazirin qəzəbinə səbəb investisiya qoyuluşunun olmamasında deyil, diplomatın Paşinyanla ABŞ-ın yüksək rəhbərliyi, xüsusilə də ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə görüşlər təşkil edə bilməməsidir.

Qeyd edək ki, Ermənistanın yeni hökuməti hələ də bugünə qədər ABŞ rəhbərliyi ilə görüşə bilməyib.

Xəbər 3096 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +