Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


19.06.2019  19:36 

“Mursi öldürülüb” - Ərdoğan





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə Sancaqtəpədə vətəndaşlarla görüşüb.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, prezident insanları bazar günü keçiriləcək İstanbul bələdiyyə seçkilərində aktiv olmağa səsləyib. Ərdoğan bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunu Misir prezidenti Əbdülfəttah əs-Sisiyə bənzədib:

“Mursinin (Misirin keçmiş prezidenti Məhəmməd Mursi –red.) arxasınca danışılanları xatırlayın. CHP zehniyyəti onun taleyi ilə bağlı mənim haqqımda da fikir yürüdürdü. Mursi həbs olunanda “Ərdoğanın da aqibəti onun kimi olacaq” deyirdilər. Görək, bazar günü Sisi deyəcəyik, yoxsa Binəli Yıldırım? Məsələ bu qədər önəmlidir. Biz bu yola kəfənimizi geyinib çıxdıq. Qorxu əsla bizə yaraşmaz”.

Ərdoğan məhkəmə zalında dünyasını dəyişən Mursinin öldürüldüyünü deyib:

“Mursi məhkəmə zalında 20 dəqiqə yerdə çabalayır. Oradakı məsul şəxslər heç bir müdaxilə etmirlər. Mursi əcəli ilə ölməyib, öldürülüb. Mursinin vəsiyyəti vardı. Doğulduğu yerdə dəfn etmədilər. Çünki qorxurdular”.



Xəbər 3173 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +