Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


18.06.2019  10:43 

“Mənimlə məzara gedəcək sirlərim var” - Mursinin son sözləri





A+  A-

Məhkəmə zalında vəfat edən Misirin sabiq prezidenti Məhəmməd Mursinin son sözləri üzə çıxıb.
XəzərNews.az xəbər verir ki, o, məhkəmə zamanı ölkəsinin təhlükəsizliyi ilə bağlı vacib sirlərə sahib olduğunu bildirib.

Məhkəmə prosesinin gedişatından narazı olduğu bildirən Mursi, həmin sirlərin özü ilə birlikdə məzara gedəcəyini söyləyib:

“İndiyədək məhkəmədə nələr baş verdiyini anlamıram. Nə vəkil görürəm, nə də mətbuat. Ortada bir məhkəmə də görmürəm. Məhkəmə tərəfindən təyin olunan vəkil də məni müdafiə edəcək biliyə sahib deyil. Məhkəmədən gizli bir proses istəsəm də, bu istəyim rədd edildi. Ancaq ölkəmin təhlükəsizliyi, əminamanlığı üçün mənimlə məzara gedəcək sirlərim var”.

Qeyd edək ki, Məhəmməd Mursi Misirin demokratik yolla seçilmiş ilk prezidenti olub. 2012-ci ildə xalq tərəfindən prezident seçilən Mursi, bir il sonra hərbi çevriliş nəticəsində tutduğu postdan uzaqlaşdırılıb. 67 yaşında vəfat edən Misirin sabiq prezidenti casusluqda təqsirləndirilirdi.

Xəbər 3077 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +