Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


05.07.2018  18:05 

Sarkisyanın qardaşı ölkədən qaçmaq istəyərkən saxlanıldı





A+  A-

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailəsi ilə birlikdə ölkəni tərk edib Parisə getmək istəyərkən aeroportda saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti ölkənin milli təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb.

Qəzetin istinad etdiyi mənbə bildirib ki, milli təhlükəsizlik xidmətinin əməkdaşları Yerevanın Zvartnots aeroportunda Aleksandr Sarkisyan və onun ailəsinə Parisə uçmağa icazə verməyiblər. Sonra onların mənzilində axtarış aparılıb; silah, pul və məşhur rəssamın bahalı əsəri aşkar edilib.

Milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan jurnalistlərə bildirib ki, Aleksandr Sarkisyanın mənzilində axtarışa dair ətraflı məlumat sonra veriləcək.

İyunun 25-də Ermənistan polisinin xüsusi dəstəsi Aleksandr Sarkisyanı qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və elə həmin gün də buraxıb. Bundan əvvəl Ermənistanın dövlət gəlirləri komitəsinin müstəntiqləri Serj Sarkisyanın qardaşı Levon barədə cinayət işi açıblar. Levon və onun qızı Ani qeyri-qanuni varlanmaqda və əmlak bəyannaməsindən boyun qaçırmaqda şübhəli bilinirlər.

Xəbər 3257 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +