Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


06.02.2018  12:58 

“Müxalifət özünü sığortalamağa çalışmasın” - DADP sədri





A+  A-

“Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bəzilərini niyə narahat edir ki?”.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Sədr deyib ki, heç kəs düşünməsin ki, bu addım Konstitusiyaya ziddir: “Əksinə, tamamilə konstitusiyaya uyğun olan qərardır. Çünki ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözlənilən idi və əksər siyasi qüvvələr növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Şəxsən mən özüm də Prezidentin belə bir qərar verəcəyini gözləyirdim. Biz DADP olaraq bu seçkilərə tam hazırıq və İlham Əliyevin bu addımını dəstəkləyirik!”.

Ə. Hüseynov sərəncamı şərh edərkən deyib ki, burda hazırlıqsız yaxalanmaqdan heç bir söhbət gedə bilməz: “Yaxşı olar ki, müxalifət bu məsələni spekulyasiya predmetinə çevirməsin və gələcək uğursuzluqlarını seçkilərin vaxtının dəyişdirilməsi ilə pərdələyib, bəri başdan özünü sığortalamağa çalışmasın. Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri istər hüquqi, istərsə də beynəlxalq siyasi təcrübə baxımından tam əsaslıdır”.

Xəbər 3617 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +