Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


24.08.2017  16:38 

Viza niyə verilmir?





A+  A-

Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılması texniki problemlərlə bağlıdır.
XəzərNews.az xəbər verir ki, bu barədə "Report"a Bakıda Macarıstan vizalarının alınması üçün sənədlərin qəbulu ilə məşğul olan "BLS International" şirkətindən bildiriblər.

"Biz səfirliyin konsulluq şöbəsinə tabeyik, ancaq bizə də konkret səbəblər deyilməyib", - şirkətin nümayəndəsi bildirib.

"BLS International"dan qeyd ediblər ki, sənədlərin qəbulu avqustun 21-dən etibarən dayandırılıb və qəbulun yenidən nə vaxt bərpa ediləcəyi hələ bilinmir.

Xatırladaq ki, dünən Macarıstanın Azərbaycandakı səfirliyi konsulluq şöbəsinin forsmajor vəziyyətlə əlaqədar müvəqqəti olaraq viza üçün sənədlərin qəbulunu dayandırdığını bəyan edib.
"Ərizəçilər uzunmüddətli Şengen vizaları (D) üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər. Hazırda səfirlik forsmajor vəziyyətdən əvvəl olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında (baku.mfa.gov.hu) yenilənir. Ərizəçilər Konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər", - səfirliyin məlumatında deyilir.

Xəbər 3612 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +