Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


10.05.2017  13:48 

“Moskva necə lazımdır Azərbaycanın xətrinə dəyir”





A+  A-

“Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır”.
XəzərNews.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. O, qeyd edib ki, hazırda Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər:

“Bundan əlavə, 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın “bayraqları” dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur kimə qarşı? Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər.

Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Demək, elə erməni generalın dediyi kimidir.

Biz Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük hədəfini illərdir ona görə dilə gətirmirik ki, birdən Rusiyanın xətrinə dəyərik. Moskva isə necə lazımdır Azərbaycanın xətrinə dəyir, biz isə susuruq. Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə 1) Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaqdan; 2) NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur.

Xəbər 3245 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +