Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


29.09.2025  12:21 

Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu





A+  A-

Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus Mi-28 tipli hücum helikopterini məhv edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin (USF) komandanı Robert Brovdı Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, helikopter 59-cu DSX briqadasının pilotları tərəfindən FPV tipli pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Nəticədə düşmən texnikası alovlanaraq məhv edilib. Brovdı hadisə anını əks etdirən və helikopterin yanaraq yerə düşdüyünü göstərən videonu da yayıb.

Xatırladaq ki, bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkiləri barədə məlumat açıqlayıb. Bildirilib ki, tammiqyaslı işğalın əvvəlindən bəri Rusiya tərəfi ümumilikdə 800-ə yaxın hava vasitəsini itirib – 427 təyyarə və 345 helikopter.

Xəbər 3425 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +