Məscid imamı öldürüldü
Vüsal Aslanov rəisi işdən çıxardı
Nazir rəisi işdən çıxartdı
Türkiyə İrana qarşı sanksiyalara qoşuldu
Qurban Qurbanov Mourinyonun cavabını niyə vermədi?
Məktəb direktoru və müavin İŞDƏN ATILDI
Rusiyanın neft tankerinin iki ekipajı saxlanılıb
Zubir qol vurdu, azarkeş xəstəxanalıq oldu
Əliyev Meloni ilə görüşdü - Foto
Əmisi oğlu ilə birləşib sevgilisinin evini qarət etdi


26.09.2025  18:13 

Bir bilet – milyonlarla itirilmiş ümid...





A+  A-

Azərbaycanda illərdir “lotereya” adı altında bir oyun sistemi fəaliyyət göstərir. Reklamlarda gülən insanlar, zənginlik, bahalı maşınlar və bir biletin dəyişdirdiyi xoşbəxt həyat təsvir edilir. Sanki bir bilet alıb bütün problemlərdən qurtula bilərsən. Amma bu görüntünün arxasında acı bir reallıq gizlənir: xalqın ümidlərinin talan edilməsi.

“Azərlotereya”nın fəaliyyətini araşdıranda görürük ki, burada nə əyləncə, nə də real qazanc var. Əksinə, bu qurum dövlət damğası ilə sadə vətəndaşın cibini boşaldan, ümidini yeyən bir mexanizmə çevrilib.

Qazanmaq mümkündürmü?

Lotereya oyunlarının mahiyyətini anlamaq üçün yalnız rəqəmlərə baxmaq kifayətdir. Dünyada əsas uduşu qazanmaq ehtimalı çox vaxt 1:7.000.000-dan 1:10.000.000-a qədər dəyişir. Yəni faktiki olaraq sıfıra bərabərdir. Amma bu acı həqiqət heç vaxt reklamlarda göstərilmir. Orada yalnız parıltılı kadrlarda “qalib” simalar təqdim olunur.
Amma kim udur? Statistikaya baxanda görürük ki, milyonlarla insan uduzur, yalnız bir nəfər qazanır. Və ən çox qazanan isə sistemin özüdür – “Azərlotereya”.

Asılılıq, yoxsa gizli qumar?

Lotereya oyunları təsadüfi bir əyləncə deyil, onlar psixoloji asılılıq yaradır. İnsan bir dəfə udmasa belə, yenidən bilet alır. Çünki beynində “bəlkə bu dəfə” düşüncəsi formalaşır. Bu, tamamilə qumar psixologiyasıdır.

Araşdırmalar göstərir ki, lotereya aludəçisi olan ailələr ayda 150–200 manatını biletlərə sərf edir. Uduzduqca daha çox yatırırlar. Pul itdikcə əsəb və depressiya artır. Nəticədə ailədaxili mübahisələr, boşanmalar, borclar yaranır – bunların hamısı lotereya asılılığının fəsadlarıdır.

“Lotereya sadəcə pul itkisi deyil, həm də ümid itkisi, psixoloji zərbədir. İnsan inanır ki, zəhmətlə yox, şansla varlana bilər. Bu isə cəmiyyəti zəhərləyir” – psixoloqlar belə deyirlər.

Ən faciəli məqam odur ki, bu oyunlara rəhbərlik edən qurum dövlət damğası daşıyır. “Azərlotereya” əslində xalqın zəhmətlə qazandığı pulları bilet sataraq toplayır və ümidləri pula çevirir.

Əldə edilən gəlir yalnız bir neçə nəfərə qismət olur, amma yüz minlərlə insanın cibindən çıxır. Bu isə sadə dillə xalqın zəhmətini satmaq, ümidlərini alverə çevirmək deməkdir.

Ümidləri alverə çevirən qurum - “Azərlotereya”

Lotereya oyunlarının başqa bir təhlükəsi də cəmiyyətdə tənbəlliyi və təsadüfə ümid bəsləmə meylini gücləndirməsidir. İnsan işləmək, təhsil almaq, bacarıq qazanmaq əvəzinə bir biletə bel bağlayır.



Xüsusilə gənclər arasında bu yanlış düşüncə yayılır: “Niyə işləyim, sabah udaram.” Halbuki həyat zəhmətlə qurulmalıdır, təsadüf və şansa yox.

Bu məqamda bir neçə sual ortaya çıxır: Bu oyunlar sadəcə əyləncədirsə, niyə minlərlə insan pul itirdikcə əsəb və depressiyaya düşür? Məqsəd cəmiyyətə fayda verməkdirsə, niyə qazanc yalnız bir neçə nəfərə qismət olur, qalanlar isə yalnız uduzur? Dövlət sosial rifahı artırmaq istəyirsə, niyə xalqın cibini boşaldan bu sistem leqallaşdırılır?

Bu suallar cavabsız qaldıqca, “Azərlotereya” sadəcə ümidləri alverə çevirən qurum olaraq qalacaq.

Dövlət ümidlərin məhvinə necə dəstək verir?

Burada bir məsələ də diqqəti çəkir: bu oyunlara rəhbərlik edən qurum dövlət damğası daşıyır. “Azərlotereya” isə öz açıqlamalarında bildirir ki, oyunlar yalnız əyləncə xarakteri daşıyır və əldə edilən gəlirin bir hissəsi idman və sosial layihələrə yönləndirilir.



Amma reallıqda yüz minlərlə insanın cibindən çıxan pullar yalnız bir neçə nəfərə qismət olur. Zəhmətlə qazanılan pullar bir anlıq təsadüfün uğrunda itirilir. Ən çox qazanan isə hər zaman sistemin özü olur. Bu isə sadə dillə xalqın zəhmətini satmaq, ümidlərini alverə çevirmək deməkdir.

Əgər dövlət həqiqətən xalqın rifahını düşünürsə, belə oyunları dəstəkləmək əvəzinə məhdudlaşdırmalı, vətəndaşların ümidini şansa yox, təhsilə, əməyə və ədalətli imkanlara yönləndirməlidir.

Çünki xalqın rifahı lotereya biletlərində deyil – zəhmətdə, ədalətdə və real imkanlarda gizlidir.

XəzərNews.az


Xəbər 4157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU

02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir

02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK


BÜTÜN XƏBƏRLƏR +