Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


25.09.2025  18:49 

Netanyahunun təyyarəsi yoxa çıxdı





A+  A-

İsrailin Baş naziri Benyamin Netanyahunun Nyu-Yorkda BMT Baş Assambleyasına uçan təyyarəsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi səbəbindən Avropanın əksər hava məkanından yayınaraq uçub.

XəzərNews.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Fransa hökuməti Netanyahunun təyyarəsinə ölkə üzərindən uçmaq üçün icazə versə də, marşrut dəyişdirilərək Yunanıstan və İtaliya üzərindən Cəbəllütariq boğazına yönəlib.

Fransa Xarici İşlər Nazirliyindəki mənbələr təsdiqləyib ki, Paris əvvəlcədən İsrail Baş nazirinin təyyarəsinə uçmaq üçün icazə verib. Lakin İsrail mediası marşrutun dəyişdirilməsini BCM-nin üzvü olan ölkələrin hava məkanından yayınmağın zəruriliyi ilə izah edib. Çünki planlaşdırılmamış eniş zamanı beynəlxalq məhkəmənin qərarına uyğun olaraq Netanyahunun saxlanılması cəhdi ola bilərdi.

Xatırladaq ki, 2024-cü ilin noyabrında BCM Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs orderi verib. Avropa İttifaqının Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano bildirib ki, Aİ-yə üzv bütün ölkələr BCM-ni dəstəkləyir və onun orderlərinə əməl etməlidir.

Xəbər 3712 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +