Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var


18.09.2025  15:17 

Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert





A+  A-

Artıq Hava limanında dövlətə məxsus taksi şirkətinin – “Bakı Taksi Xidməti”nin hökmranlığı prosesi uğurla başa çatıb. Digər taksilər, özəl sektora məxsus olanlar Aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər. Dövlət taksiləri üçün tarifləri də təsdiqləyiblər. Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz qeyd edib ki, Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı, müvafiq təlim keçməyən taksi sürücülərinin olmasının, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib:

“Düşünürəm ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir. Biz AZCON Holdinqdən gözləyirdik ki, Aztelecom-a təsir edərək minimal internet qiymətlərini dəyişdirəcək və heç olmasa regionlar üçün seçim imkanları yaradcaq. Amma bu gözləntinin əvəzinə AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna – “Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb”.

Ekspert əlavə edib ki, Aeroport rəhbərliyi digər özəl taksi şirkətlərindən istifdasi üçün, onlara sifariş vermək üçün Aeroport ərazisində heç bir xüsus yer müəyyən etməyib:

“Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir”.

Xəbər 2430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU


BÜTÜN XƏBƏRLƏR +