Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


13.04.2021  22:19 

ABŞ bu tarixədək Əfqanıstandan tamamilə çıxır





A+  A-

ABŞ Əfqanıstandakı bütün hərbçilərini sentyabrın 11-dən əvvəl ölkədən çıxaracaq.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden sabah qərarı rəsmi olaraq elan edəcək.

“Sıx bir təhlil müddətindən sonra Prezident Bayden ABŞ-ın Əfqanıstandakı müharibəsinin bitirilməsinə qərar verdi. 1 maydan əvvəl müntəzəm şəkildə çəkilmə prosesini başladacağıq və 11 Sentyabrın ildönümündən əvvəl ABŞ-ın ölkədəki bütün hərbçilərini çəkməyi planlaşdırırıq”, - ABŞ administrasiyasından jurnalistlərə bildirilib.

20 illik müharibənin bitirilməsinin ABŞ-ın mənfəətlərinə uyğun olduğunu bildirən dövlət rəsmisi Ağ Evin bu qərarının Konqresə, nazirlərə, Əfqanıstan hökumətinə, NATO müttəfiqlərinə, keçmiş amerikalı məmurlara və Əfqanıstana kömək edən digər ölkələrə bildiriş göndərildiyini deyib.

Çəkilmə prosesi NATO ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

NATO üzvlərinin hərbçilərini bənzər bir proses içərisində çəkəcəyini qeyd edən dövlət rəsmisi Talibana idarəetməyə və təhlükəsiz şəkildə çəkilmə əsnasında ABŞ qüvvələrinə qarşı hər hansı bir hücumun cavabının veriləcəyini bildirdiklərini söyləyib.

Həmçinin, qeyd olunub ki, bu, “şərtlərə bağlı” bir qərar deyil, çəkilmə qərarı dəqiqdir və 11 Sentyabrdan əvvəl bütün ABŞ hərbçiləri ölkədən çıxacaq.

Ölkədə sadəcə ABŞ diplomatik orqanlarını qorumaq üçün təhlükəsizlik qüvvələri qalacaq.

Xəbər 2329 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +