Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


21.12.2017  18:23 

Ağıllı telefonların pozulmasına səbəb olan virus yayılıb





A+  A-

Mütəxəssislər ağıllı telefonların pozulmasına səbəb olan Trojan.AndroidİOS.Loapi adlı yeni virus aşkar ediblər.
XəzərNews.az bildirir ki, Rusiyanın kiber təhlükəsizlik şirkəti olan Kaspersky Lab-ın açıqlamasına görə, DDoS hücumlarını həyata keçirə bilən virus, onlayn pul alaraq istifadəçiyə bir çox reklam göndərir. Virus həmçinin göndərilən və gələn mətn mesajlarını yoxlaya və hətta antivirus proqramlarını silə bilər.

Şirkət açıqlamasında antivirus proqramlarını yükləyərkən və istifadə edərkən ekrana çıxan reklam linklərinə klikləməməyi tövsiyyə edir. Onlar qeyd edirlər ki, virusa yoluxmuş telefonların batereyası iki gün sonra partlayır.

Virusun cihaza yoluxması proqram tərəfindən insanlara göndərilən reklamlara daxil olduqda mümkün olur. Bu reklamlar, adətən, istifadəçilərin qarşısına antivirus proqramı yükləyərkən və bəzi bu tipli mobil tətbiqlərdən istifadə edərkən çıxır. Cib telefonunun antivirus proqramı virusun işləməsinin qarşısını almaq üçün cihazın ekranı bloklanır. Beləliklə mobil telefon virusun yaratdığı problemlər nəticəsində davamlı sönüb yanmağa başlayır.

Xəbər 2785 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +