Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


17.09.2021  17:23 

Rusiya şirkəti Ermənistana silah satacaq





A+  A-

Rusiyanın yüksək dəqiqlikli silah istehsal edən ORSIS şirkəti Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığını bərpa edir.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı ORSIS şirkətinin baş mühəndisi Maksim Baymetov “RİA Novosti”yə müsahibəsi zamanı deyib.

“Hazırda İrəvan ilə müqavilə öncəsi bir sıra danışıqlar aparılır və deyə bilərik ki, ORSIS erməni tərəfi ilə əməkdaşlıqda yeni səhifə açıb”, - deyə Maksim Baymetiv qeyd edib.

O, həmçinin bildirib ki, şirkət rəhbərliyi “Ermənistan-2021” sərgisi çərçivəsində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Baymetovun sözlərinə görə, erməni tərəfi şirkətin məhsul çeşidi, həmçinin perspektivli silahlanma ilə maraqlanır.

Qeyd edək ki, ORSIS şirkəti 2019-cu ildə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən bir neçə milyon dollarlıq hərbi texnika tədarükü üzrə tenderin pozulmasından dərhal sonra Ermənistanın güc strukturlarının silah tədarükçülərinin “qara siyahı”sına daxil edilmişdi.

Xəbər 2039 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +