Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


09.09.2021  14:22 

“Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər





A+  A-

“Həssas dönəmdə yaşayırıq. İstəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.

O koronavirusun yeni ştammının kliniki əlamətlərini dəyişdiyini bildirib:

“Əvvəllər “alfa”, “beta” ştammlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər. Hazırda “delta” ştammı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştamları üçün xarakterikdir”.

Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev isə hazırkı durumun epidemioloji cəhətdən gərgin olduğunu, buna baxmayaraq, böyük təhlükə gözləmədiyini vurğulayıb.

O bildirib ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir və yaxın gələcəkdə aparılan işlərin nəticəsini görmək mümkün olacaq:

“Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır. Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçməsinə kömək edir. Müşahidələr göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın”.

Xəbər 2937 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +