Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


06.09.2021  09:01 

“Taliban” Pəncşiri ələ keçirdiyini elan etdi - Yenilənib





A+  A-

“Əfqanıstanın Pəncşir vilayəti tamamilə “Taliban”ın nəzarəti altına keçib”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid öz tvitter hesabında açıqlayıb.

“Ölkədəki tam təhlükəsizliyi təmin etmək üçün son cəhdlər öz bəhrəsini verdi və Pəncşir vilayəti tam olaraq İslam əmirliyinin nəzarəti altına keçdi”, - deyə Mücahid qeyd edib.

O, həmçinin əlavə edib ki, üsyançılardan bəziləri məğlub olub, bəziləri isə qaçıb. Bununla yanaşı, “Taliban” Pəncşir sakinlərinin azadlıqlarını məhdudlaşdırmayacağını elan edib.

Qeyd edək ki, daha əvvəl “Taliban” sözçüsü Bilal Kərimi Pəncşiri tamamilə ələ keçirdiklərini bildirmişdi. Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh isə bu açıqlamanı təkzib etmiş, müqavimətin davam etdiyini vurğulamışdı.

***

Pəncşir vilayətində “Taliban” yaraqlılarına qarşı mübarizə aparan müqavimət qüvvələri hərəkatın vilayətə nəzarəti ələ keçirməsi xəbərlərini yenidən təkzib edib.

Xəbər 2674 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +