Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


18.08.2020  08:41 

Ancelina Coli ABŞ-dan bu ölkəyə köçmək istəyir





A+  A-

Hollivud aktrisası Ancelina Coli ABŞ-dan Böyük Britaniyaya köçməyə hazırlaşır.
XəzərNews.az bildirir ki, bu barədə “Mirror” nəşri xəbər verib.

Nəşrin məlumatına görə, o, Londonun cənubi-qərbində yerləşən Riçmond şəhərində daşınmaz əmlak axtarır. Burada o, 2011-ci ildə keçmiş həyat yoldaşı Bred Pittlə Böyük Britaniyadakı çəkilişləri zamanı yaşayıb.

"O, Riçmondun mədəniyyət və təhsil baxımından uşaqlar üçün mükəmməl bir yer olduğunu hesab edir", - deyə insayder şərh edib.

Xatırladaq ki, A.Coli ötən ilin noyabrında “Harper`s Bazaar”a müsahibəsində ABŞ-dan köçmək istədiyini etiraf etmiş, lakin bunun övladlarının 18 yaşına çatmaması səbəbindən mümkün olmadığını bildirmişdi: “İndi isə uşaqların atası (Bred Pitt – red.) hansı ölkədədirsə, mən də orada olmaq məcburiyyətindəyəm”.



Xəbər 1766 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +