Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


23.11.2022  09:57 

Dünya çempionatı: bu gün 4 oyun var





A+  A-

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

XəzərNews.az xəbər verir ki, günün ilk matçı F qrupunda olacaq.

Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək və oyuna saat 23:00-da start veriləcək.

E qrupunda isə Almaniya seçməsi Yaponiya ilə, İspaniya Kosta-Rika ilə üz-üzə gələcək. Almaniya - Yaponiya matçı saat 17:00-da, İspaniya - Kosta-Rika qarşılaşması isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə qalib müəyyən olunacaq.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 2446 dəfə oxunub.



10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +