“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.05.2023  17:16 

22 məktəb direktoru işdən azad edilib...





A+  A-

2023-cü ilin əvvəlindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.

XəzərNews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, monitorinqlər nəticəsində 22 məktəb direktoru və 19 bağça müdiri yol verdiyi nöqsanlara görə işdən azad edilib.

Nazirin sözlərinə görə, Azərbaycan bölməsi üzrə 98 561 sorğu daxil olub. Onlar arasından 81 503 uşaq məktəbəhazırlıqdan birinci sinfə yerləşdirilib. Rus bölməsi üzrə 11 min 433 nəfər müsahibəyə yazılıb. Onlar arasından 4590 uşaq məktəbəhazırlıqdan birinci sinfə yerləşdirilib.

O, qeyd edib ki, bu il fevralın 1-dən ölkənin bütün şəhər və rayonlarını əhatə edən 300-dən artıq ümumtəhsil müəssisələrində şagird davranışı qaydalarının pilot tətbiqinə başlanılıb.

Emin Əmrullayevin sözlərinə görə, növbəti tədris ilindən qaydaların bütün ümumtəhsil müəssisələrində tətbiqi planlaşdırılır.

Qaydaların pilot tətbiq edildiyi ümumtəhsil müəssisələrində müntəzəm şəkildə monitorinqlər həyata keçirilir. Regionlarda olan məktəblərdə müvafiq rayon təhsil idarələri tərəfindən yoxlamalar aparılır.


Xəbər 1104 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +