“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.05.2023  13:50 

QHT-lər Türkiyədə növbəti görüşlərini keçirib - Foto





A+  A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

XəzərNews.az xəbər verir ki, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (Güvenlik ve Acil Durumlar Koordinasyon Merkezi – GAMER), Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türkoz və nümayəndə heyəti ilə, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar və nümayəndə heyəti ilə, Türkiyə Respublikası KAMUSEN (Cəmiyyət İşçiləri Həmkarlar İttifaqı Konfederasiyası) rəhbərinin müavini Talip Geylan, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar ilə və digər görüşlər keçirilmişdir.

Görüşlərdə Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf etdiyi, iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəp Tayyip Ərdoğanın şəxsi dostluq münasibətlərinin bu prosesi, bu qardaşlığı daha da uğurlu gələcəyə apardığı qeyd edilib. Azərbaycan və Türkiyə arasında olan siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan birlik-qardaşlıq münasibətlərinin, vətəndaş cəmiyyəti qurumları arasında da olduğu və bu prosesin davam etdiriləcəyi qeyd edilib.









Xəbər 1101 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +