“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.12.2024  17:44 

Kyivdən gələn qonaq Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzində -Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı Bakıda olduğu müddətdə bir sıra görüşlər keçirir

Bu haqda Xəzərnews.az-a Qabil Osmanlı özü məlumat verib.

"Ukraynanın Azərbaycandakı səfirliyinin dəvətiylə Bakıda yeni açılmış “Ukrayna Mədəniyyət Mərkəzində” oldum. Mərkəz bir aydır ki, fəaliyyətdə olsa da yaradılan şərait göz oxşayırdı. Belə ki, Ukrayna xalqının ruhu, düşüncəsi, yaratdığı mədəni nümunələr bu xalqın qədim ənənələrə sahib olduğunun göstəricisidir". - deyə o, qeyd edib

Q.Osmanlı qeyd edib ki, heç təsadüfü deyil ki, Ukrayna dili Rus dilindən çox fərqlənir:

"Bu dildə 256 min söz var. Və Ukrayna xalqının Rus xalqından etnik kökü tamamən fərqlidir. Ukraynalılar azad ruhlu, həlimli, sülhsevər, xalqdırlar. Ruslar haqqında isə bunu demək olmaz! Çünki Rusiyada yaşayan rusların çoxunun daxilində bir Putin “gəzir”. İmperiya maraqları və şovinizm Rusiyanın sonunu gətirəcək. Mərkəz Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycana gəlmiş uşaqlar üçün dərslər, Ukrayna dilini öyrənmək üçün kurslar, həmçinin Ukrayna bayramlarının, milli adət-ənənələrinin keçirildiyi yerdir".

Jurnalist bildirib ki, müharibə nəticəsində minlərlə ukraynalı Azərbaycana pənah gətirib:

"Səfirlik və “Ukrayna Mədəniyyət Mərkəz”-i onların problemlərinin həlli, asudə vaxtlarının səmərəli keçirilməsi üçün zururi addımlar atır. Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri, dəyərli dostum Yuriy Husyev-in bu istiqamətdə fəaliyyəti təqdirə layiqdir. Mərkəzin rəhbəri Olha Husyeva xanıma və digər əməkdaşlarına qarşılanma və qonaqpərvərliyə görə təşəkkür edirəm.Belə mədəni mərkəzlərin çox olmağı hər iki xalq arasında əlaqələrin inkişafına müsbət təsir edir".

Qeyd edim ki, Ukraynanın Azərbaycandakı icmasının rəhbəri Tamilla Musayeva da bu istiqamətdə çox işlər görür. İcmanın da fəaliyyətinə uğurlar arzu edirəm.









İsmayıl Rəhimoğlu
XəzərNews.az


Xəbər 3795 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +