“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.10.2024  17:11 

Qarabağ narı Ermənistana necə gedib çıxıb? -Açıqlama/Foto





A+  A-

Bir müddət əvvəl Ermənistanda bazarda Qarabağ narının satılması ilə bağlı foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, İrəvanda bir bazarda satılan narın üzərində ermənicə "Qarabağ narı" yazılmışdı.

Bəs Qarabağ narı Ermənistana necə gedib çıxıb?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov açıqlama verib.

O bildirib ki, Azərbaycanın qonşu ölkələrə, o cümlədən Gürcüstan və Rusiyaya ixrac etdiyi nar Ermənistanda maraq doğurur.

"Ermənilər həmin narı alıb öz bazarlarında sata bilərlər. İkinci variant isə odur ki, bu, ya satışları artırmaq, ya da başqa bir məqsəd daşıyır. Ermənilərin bu siyasətinin prokativ xarakterli olduğunu və belə məlumatların hər zaman tirajlanmasının şahidi olmuşuq".

Qeyd edək ki, ötən il Azərbaycandan 28 min 600 ton nar ixrac olunub. Bunun 80 faizi Rusiyaya, 15 faizi Gürcüstana, qalan hissəsi isə Avropa ölkələrinə göndərilib. Hazırda Qarabağ narı birbaşa digər ölkələrə satılmasa da, gələcəkdə xaricə ixracı gözlənilir. Məhsulun ilkin mərhələdə qonşu ölkələrə, növbəti mərhələdə isə Avropaya satılması nəzərdə tutulur. Bu da Qarabağın taclı meyvəsinin dünyada Azərbaycan məhsulu kimi məşhurlaşmasına səbəb olacaq. Ermənistanın bu nardan dada bilməsi isə onların öz davranışlarından asılı olacaq.





Xəbər 6629 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +