Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


12.01.2021  12:10 

Kamçatka üzərində meteorit partladı - Video





A+  A-

Rusiyada elm adamları Kamçatka üzərindən keçən meteoritin atmosferdə partlamasını qeydə alıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidməti” federal tədqiqat mərkəzinin Kamçatka filialının direktoru Danila Çebrov “RİA Novosti”yə məlumat verib.

Mütəxəssislər hadisə şahidləri tərəfindən lentə alınan videonu əldə etdikdən sonra atmosferə daxil olan meteoritin siqnalını axtarmağa başlayıblar. Sözügedən video sosial şəbəkələrdə aktiv şəkildə paylaşılıb. Videoda meteoritin uçuşu və partlaması qeydə alınıb.

“Mütəxəssislər Naçiki kəndində yerləşən infrasəs stansiyasına görə, 11 yanvarda Kamçatka vaxtı ilə saat 08:09-da (Moskva vaxtı ilə 10 yanvar saat 23:09) Kamçatkanın qərb sahili yaxınlığında atmosferə daxil olan bir meteoritin siqnalını müəyyən ediblər. Məhv olmazdan əvvəl meteoritin atmosferin sıx təbəqələrində hərəkəti 55 saniyə davam edib”,- deyə Çebrov qeyd edib.




Xəbər 1925 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +